Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın “parkovşik” cərimələnib
Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
DYP rəsmisi qeyd edib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.
“Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, - DYP rəsmisi vurğulayıb.
473