Güloğlan Muradlı: “Gömrük əməkdaşları 2021-ci ildə rekord miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkarlayıb”
“Narkoqaçaqmalçılıq faktları azalsa da, 2021-ci ildə əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınmış, Azərbaycan hüquq-mühafizə orqanlarının tarixində rekord miqdarda- 3 ton 43 kq 507 qram narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən götürülüb” .
1news.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Lənkəranda jurnalistlər üçün təşkil edilən təlimdə deyib.
“2020-ci illə müqayisədə 2021-ci ildə götürülmüş narkotiklərin miqdarı 2 dəfədən çox artıb. Dövlət Proqramının icrası ilə əlaqədar 2019-2021-ci illərdə gömrük orqanları tərəfindən ümumilikdə 6,5 tondan çox əsasən təhlükəlilik dərəcəsi yüksək olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb” - deyə, G.Muradlı bildirib.