Məktəbdə rəzalət: ayağını stola qoyur, müəllimi ələ salır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbdə rəzalət: ayağını stola qoyur, müəllimi ələ salır - VİDEO

12:15 - 25 / 01 / 2022
Məktəbdə rəzalət: ayağını stola qoyur, müəllimi ələ salır - VİDEO

Məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb.

1news.az xəbər verir ki, videonu təhsil eksperti Kamran Əsədov paylaşıb.

"Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu, görünən "hissə"lərdir. Hələ, əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq. Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib?

Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim... Sabah çox gec olacaq", - təhsil eksperti videonu bu sözlərlə şərh edib.

Sözügedən video sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. “TikTok”da paylaşılan görüntülərdə şagirdlərin dərs vaxtı nizam-intizam qaydalarını pozan hərəkətlər etməsi və həmin anları videoya alaraq paylaşması tənqid edilib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə belə halların indi yaşanmadığını, daha əvvəllər də olduğunu yazıblar. Bildirilib ki, əvvəllər mobil telefon hər kəsdə olmadığına görə belə hallar üzə çıxmayıb.

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.

Həmin videonu təqdim edirik.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər