Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun istintaqı başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun istintaqı başa çatıb

09:11 - 26 / 01 / 2022
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun istintaqı başa çatıb

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçümn Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən il iyul ayında Ukrayna ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Paylaş:
322

Son xəbərlər

Bütün xəbərlər