Bakıda zavod gözətçisini daşla vurub pulunu oğurladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zavod gözətçisini daşla vurub pulunu oğurladılar

Qafar Ağayev10:01 - 26 / 01 / 2022
Bakıda zavod gözətçisini daşla vurub pulunu oğurladılar

Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı vaqon təmiri zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər