İctimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb

10:17 - 26 / 01 / 2022
İctimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb

Yanvarın 25-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər