Müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb

S.Xankişiyeva11:01 - 26 / 01 / 2022
Müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb

Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, F.Hüseynov məktəb müəllimidir.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər