TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb

Qafar Ağayev12:04 - 26 / 01 / 2022
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi tədqiqat institutlarının əməkdaşları üçün Qazi Universitetinin professorları tərəfindən “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.

1news.az-ın məlumatına görə, açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahid Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz, agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.

Mərasimdə çıxış edən fövqəladə və səlahiyyətli səfir Cahid Bağcı Türkiyənin elmi tədqiqat və tətbiqi üsulları sahəsində təcrübəsinin Azərbaycanda paylaşılmasının vacib və dəyərli olduğunu bildirib.

Layihəyə dəstək verən TİKA-nın gündən-günə inkişaf etdiyini və ehtiyaclar üçün yeni həll yollarının tapılmasına töhfə verdiyini ifadə edən C.Bağcı “TİKA-nın mövcudluğu ölkəmiz üçün qürur mənbəyidir. Türkiyə təkcə dövlət qurumları və özəl sektorların təcrübəsi ilə deyil, həm də akademik bilikləri ilə qardaşlarının yanındadır. İnsan kapitalına sərmayə qoymaq dəyərlidir. Dəyişən qlobal şərtlər ixtisaslı işçi qüvvəsini yalnız proqram təminatında deyil, həm də səhiyyə, kənd təsərrüfatı, ətraf mühit daxil olmaqla hər sahədə zəruri edir. Qazi Universitetimiz burada öz təcrübələrini paylaşaraq səhiyyə sahəsində mütəxəssislərimizin inkişafına töhfə verəcək”, - deyə bildirib.

O, bir neçə gün öncə Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib. Səfir istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19-la mübarizə tədbirlərində qardaş ölkənin daim Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman birlikdə addımlayacaqlarını vurğulayıb.

Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan Türkiyə və Azərbaycanın cəbhədəki birliyini elm sahəsində də reallaşdırmaq arzusunda olduğunu bildirib.

Tərəqqinin dil və elmin birlikdə istifadəsi, türk dili və türk elminin dünyada daha hakim olması ilə mümkün olacağını vurğulayan professor “Türk dünyasında elm adamlarının potensialının çox yüksək olduğuna inanıram. Biz təcrübəmizi sizinlə bölüşməkdən çox məmnun olarıq. Azərbaycana dəstəyimizə peyvənd təlimi ilə başladıq. Biz burada potensialın, işləmək və özünü inkişaf etdirmək əzminin şahidi olduq. Bu potensialı artırmaq və qoruyub saxlamaq üçün belə bir işə başlamışıq”, - deyib.

TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz tədbirdə iştiraklarından məmnunluqlarını ifadə edib və 30 ilə yaxındır fəaliyyət göstərdikləri Azərbaycanda bu günə qədər insan həyatıyla bağlı hər bir sahədə layihə və fəaliyyətlər həyata keçirdiklərini bildirib.

O, qeyd edib ki, səhiyyə infrastrukturunun gücləndirilməsinə, səhiyyə işçilərinin peşə bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihə və tədbirlər TİKA-nın fəaliyyətlərində mühüm yer tutur: “Əminik ki, bu kontekstdə iki qardaş ölkə arasında əlaqələr və əməkdaşlıq digər sahələrdə olduğu kimi səhiyyə və tibb sahəsində də inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcək”.

Daha sonra isə institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 25 tədqiqatçının iştirak etdiyi təlim iki gün davam edəcək və sonda iştirakçılara təlim kursunu başa vurmalarına dair sertifikat veriləcək.

Paylaş:
336

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər