Azərbaycanda 3 helikopter satışa çıxarılır - FOTO
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılan dövlət əmlakının, nəqliyyat vasitələrinin müxtəlif olması alıcıların marağına səbəb olur.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.
Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz: (https://bit.ly/3H9Qhke ).