Bərdədə 4800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 4800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb - FOTO

S.Xankişiyeva16:54 - 27 / 01 / 2022
Bərdədə 4800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb - FOTO

Bərdədə şəhid ailələrinin dəstəyilə, 1991-1994-cü illərdə I Qarabağ müharibəsində şəhid olan 4 800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, şəhidlərin yuyulması və kəfənlənməsi işlərində iştirak edən axund Ramazan Hüseynov bildirib ki, şəhidlərin üzərindən çıxarılan qanlı paltarları və şəxsi əşyaları rayon sakinləri ilə birlikdə basdırıblar:

“Biz şəhidlərin meyitlərini yuyub, kəfənlədikdən sonra onların qanlı hərbi paltarlarını və şəxsi əşyalarını rayon sakinləri ilə birlikdə burada basdırdıq. 27-28 ildən sonra şəhidlərin qanlı libaslarının basdırıldığı yer onların ailə üzvlərinin dəstəyi ilə bu gün abadlaşdırılaraq ruhları yad edildi".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yerin abadlaşdırlmasında iştirak edən Bərdə şəhər sakini Nərgiz Cəfərova "Report"un yerli bürosuna bildirib ki, onun iki qardaşı I Qarabağ müharibəsində şəhid olub: "Mən sonradan bilmişəm ki, I Qarabağ müharibəsində şəhid olan qardaşlarım Mahir və Tahirin üzərindən qanlı hərbi geyimləri çıxarılaraq burada basdırılıb. Buranın abadlaşdırılmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yer məlum olduqdan sonra Vətən müharibəsi şəhidi Turqut Zeynalovun atası Fikrət Zeynalovun təşəbbüsü ilə həmin yerdə şəhidlərin xatirəsinə abidə ucaldılıb: "Şəhidimizin bu müqəddəs zirvəyə ucalan zaman üzərində olan geyimləri və başqa əşyaları da onların ruhu qədər müqəddəsdir. Şəhidlərin üzərində olan geyimləri və digər əşyaları burada basdırılıb. Biz bu ərazini abadlaşdırıb şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoymuşuq və buranı müqəddəsləşdirmişik. Ona görə müqəddəsləşdirmişik ki, gələcək nəsillərə örnək olsun. Vətən uğrunda canından keçən oğullarımızın şəhidlik kimi ali bir məqama ucaldığını və heç vaxt unudulmadığını bir daha gənc nəsilin diqqətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, şəhidlərin üzərindən çıxarılan geyimləri və şəxsi əşyalarının basdırıldığı ərazi abadlaşdırıldıqdan sonra burada ağaclar əkilib, ətrafına qırmızı lent çəkilib və çınqıl tökülüb. Bundan başqa, burada şəhidlərin xatirəsinə abidə kompleksinin tikilməsinə də qərar verilib.

Paylaş:
570

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər