Ölkədə karantin müddəti 14 gün yox, 7 gün olacaq - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Azərbaycanda test nəticəsi “müsbət” olan şəxslərin və onlarla “sıx təmasda” olanların təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur.
Xatırladaq ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün olub.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Yoluxmaların sayı artdı, karantin müddəti 14 gün yox, 7 gün olacaq, virusa yoluxma riskini azaldan göstərişlərə niyə hamı əməl etmir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – 38 saylı şəhər poliklinikasının həkim infeksionisti Nigar Əliyeva, klinik psixoloq Lalə Ələkbərova, jurnalist Mərahim Nəsib və Sağlam Inkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: