Daha 6 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 6 nəfər toya buraxılmadı

Qafar Ağayev09:28 - 27 / 01 / 2022
Daha 6 nəfər toya buraxılmadı

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az xəbər verir ki, monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib.
- 6 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər