2 yaşlı Mirbabanı xilas edək, ona təcili kömək lazımdır... - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2 yaşlı Mirbabanı xilas edək, ona təcili kömək lazımdır... - FOTO

Qafar Ağayev10:55 - 27 / 01 / 2022
2 yaşlı Mirbabanı xilas edək, ona təcili kömək lazımdır... - FOTO

Serebral iflicdən əziyyət çəkən 2 yaşlı Mirbaba Babayevin xeyirxah insanların dəstəyinə ehtiyacı var.

1news.az xəbər verir ki, doğuş zamanı baş beyinin zədələnməsi nəticəsində iflic olan körpə Mirbabaya bu ağır xəstəliklə mübarizə aparmaqda mərhəmətli şəxslərin dəstəyi lazımdır.

Tez-tez qıcolması olan Mirbaba Babayevin müalicəsi üçün valideynləri doğulduğu Lənkəranın Seyidəkəran kəndindən Bakıya üz tutublar. Pandemiya ilə əlaqədar körpənin atası işini itirdiyindən ailə çətin vəziyyətə düşüb. Onlar kirayə və müalicə xərclərini ödəməkdə çətinlik çəkir. Mirbabanın anası İranə xanım bildirir ki, oğlunun müalicəsi uzun müddət aparılmalıdır:

“Həkimlər deyir ki, müalicəyə ara vermək olmaz, əks halda əvvəlki müalicənin effekti qalmayacaq. Nəinki yeriməyi, danışmağı, ayaq üstə durmağı da bacarmır, yeməyi çeynəməkdə belə çətinlik çəkir. Mütəmadi olaraq həkimin göstərişi ilə idman, masaj və digər terapiyalar olmalıdır. Bahalı müalicə prosedurları, fizioterapiya aparılır. Pandemiya ilə əlaqədar həyat yoldaşımın işi dayanıb, özü ustadır, qohumların köməkliyi ilə indiyədək körpəmi qismən müalicə etmişik. Hazırda Bakıda kirayədə qalırıq, müalicəni davam etdirmək üçün imkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik”.

Qıcolmanın faiz göstəriciləri yüksək olduğundan mütəxəssislər bu cür xəstəliyin müalicəsini Türkiyədə aparılmasını tövsiyə edirlər. Ailənin bu müalicəyə imkanı çatmadığından hələlik Bakıda müalicə ilə kifayətlənməli olub. Mərhəmətli insanların köməyi ilə Mirbaba sağala bilər. Biganə qalmayaq, Mirbabanı xilas edək, valideynlərinin göz yaşlarını sevinc göz yaşlarına çevirək. Ən kiçik məbləğ belə onun həyatı üçün həlledicidir. Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq! Ümid edirik ki, 2 yaşlı körpə tezliklə sağalacaq, ailəsini, onu sevənləri sevindirəcək.

Milli Ön terminalı: Bank Xidmətləri, Kapital Bank, Hesabın artırılması, Hesab nömrəsi: 4169 7385 0081 0290 Əlaqə: +994 77 306 06 81 (Atası Elnur Babayev)

Paylaş:
434

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər