Sumqayıtda Opel qaçırıldı, şübhəli şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda Opel qaçırıldı, şübhəli şəxs saxlanıldı

Qafar Ağayev11:17 - 27 / 01 / 2022
Sumqayıtda Opel qaçırıldı, şübhəli şəxs saxlanıldı

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə yanvarın 25-də 32-ci məhəllə ərazisindən şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev müəyyən edilərək saxlanılıb.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər