Sahil Babayev: “Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahil Babayev: “Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb”

11:49 - 27 / 01 / 2022
Sahil Babayev: “Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb”

Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.

"Pensiya siyasətinin humanitarlığının ən əsas göstəricisi 700 mindən artıq pensiyaçısının əlavəsini dövlət öz hesabına ödənməsidir", - nazir əlavə edib.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər