Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb - FOTO - VİDEO

Qafar Ağayev11:56 - 27 / 01 / 2022
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb - FOTO - VİDEO

Xəzər rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

1news.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu müəyyən edərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər