Azad olunmuş ərazilərdə turizm zonalarının minalardan təmizlənməsinə başlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə turizm zonalarının minalardan təmizlənməsinə başlanacaq

13:32 - 28 / 01 / 2022
Azad olunmuş ərazilərdə turizm zonalarının minalardan təmizlənməsinə başlanacaq

“Keçən il ərzində 20 mindən hektardan çox ərazi minalardan təmizlənib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.

R. Məmmədov deyib ki, 2021-ci ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə işlərinə start verilib: “Bu işlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Həmin ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar və partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib”.

Nazirlər Kabinetinin Aparat rəhbəri nəzərə çatdırıb ki, keçən il ərzində ümumilikdə 95 layihə icra edilib: “Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, xüsusilə kənd təsərrüfatı, sənaye parkları üçün nəzərdə tutulan ərazilərin, eyni zamanda artıq vətəndaşlarımızın bu ərazilərə qayıtması üçün yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu işlərin davam etdirilməsi üçün bu ildə bu işlərin daha geniş miqyasda minatəmizləmə işlərinin aparılması nəzərdə tutulub. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni keçən ilə nisbətən 2 dəfə artıq bir ərazi təmizlənəcək. Turizm, dağ mədən sənayesi üçün ərazilərin də minalardan təmizlənməsi nəzərdə tutulur. Həmçinin daha geniş miqyasda yaşayış məntəqələrinin bərpası və yenidən qurulması planlaşdırılır”.

R. Məmmədov əlavə edib ki, bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan, uzaq məsafədən, yəni, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlanıb: “Bu sahədə ümumiyyətlə, Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur".

1news.az

Paylaş:
300

Son xəbərlər

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51
Bütün xəbərlər