Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır

16:29 - 28 / 01 / 2022
Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır

"Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb".

1news.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

1news.az

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər