Yeni multibrend avtomobillərə xidmət mərkəzi – “Motor House” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni multibrend avtomobillərə xidmət mərkəzi – “Motor House” - FOTO - VİDEO

Qafar Ağayev13:00 - 29 / 01 / 2022
Yeni multibrend avtomobillərə xidmət mərkəzi – “Motor House” - FOTO - VİDEO

Bakıda yeni, müasir standartlara cavab verən multibrend avtoservis –“ Motor House”un açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, “Motor House”da multibrend minik avtomobillərinə, yüngül ticari avtomobillərə, həmçinin elektrik avtomobillərinə təmir xidməti və motosikletlərin təmiri xidməti nəzərdə tutulub.

Ən son avadanlıqlarla təmin olunan avtoservisdə infrastrukturdan əlavə, həmçinin xidmət heyəti beynəlxalq sertifikasiyalaşmış mütəxəssislərdir.

Təlimə cəlb edilmiş professional heyət

“Motor House”da çalışan hər bir üzv usta köməkçisindən tutmuş, mühəndislərə qədər çalışdıqları sahələr üzrə təlimlərdə iştirak etmiş, beynəlxalq sertifikasiyadan keçmişlər. Bu proseslər həm nəzəri həm də praktiki təlimlərdir. Müasir cihazlarda çalışmaq, texnika və müasir metodların dərindən mənimsənilməsi əsas prioritetlərdir.

Alman-türk mühəndislərinin təcrübəsi və standartları

Multi brend avtomobillərə xidmət göstərəcək bu mərkəzin əsas layihəsi Alman-türk mühəndislərinin birgə əməyi əsasında ərsəyə gəlmişdir. Layihənin hər bir detalında məhz Alman-türk təcrübəsi və standartları əsas götürülmüşdür.

Servisdə nümayiş olunan və istifadə olunacaq avadanlıqlar son texnologiyaların nümunələridir.

“Motor House” brendinin fəaliyyətə başlamasının əsas məqsədi Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə frençayzinq sistemini quraraq “Motor House” bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.

Günlük 200-250 avtomobilə xidmət

Avtomobil servis mərkəzinin günlük təmir gücü 200-250 avtomobil təşkil edir

Mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi var.

“Motor House”da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri , sürətlər qutusu üzrə işlər və digər aidiyyatı işlər aiddir.

Avto Market

Eyni zamanda “Motor House”da yer alan Avto marketdən nəqliyyat üçün lazım olan ehtiyat hissələri, mühərrik və sürətlər qutusu yağları, soyuducu mayelər və başqa ehtiyyat hissələrinin satışı həyata keçirilir. Ehtiyat hissəsi üçün başqa yerlərə getməyə ehtiyac yoxdur. Lazım olanları buradan tapa bilərsiniz.

Azərbaycanda İLK - Yerində təmir xidməti

Keyfiyyət brendi olaraq sürücülərin yollarda qəza vəziyyətindən qalmalarının aradan qaldırılması məqsədilə yeni bir məhsul bazara daxil olur.

Mobil avto təmir xidməti - Avto Ambulans yolda qalan sürücülülərin köməyinə çatacaq.

Avto Ambulans yerində təmir xidməti göstərən Azərbaycanda bir ilkdir. Mobil avto təmir xidməti olaraq, dövri təmir xidməti, elektrik işləri, mexanika işləri nəzərdə tutulub. 24 saat xidmət göstərən Avto Ambulans avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir.

Avtomobiliniz təmir olunan zaman istirahətinizdən qalmayacaqsınız

Avtomobilinizə “Motor House”da xidmət göstərilən zaman belə siz istirahətinizdən qalmayacaqsınız. Belə ki, avtoservisdə avtomobil sahiblərinin rahatlığını təmin etmək üçün müasir dizaynla inşa edilmiş gözləmə zalı və restoran – “Motor Cafe” var. Bu da avtomobil sahiblərinin vaxtlarını səmərəli istifadə etməsinə imkan verir. Avtomobiliniz təmir olunduğu vaxt siz restoranda iş görüşmələri keçirə bilər, həm də ləziz təamlardan dada bilərsiniz.

Dövlət Proqramının tələblərinə cavab verən servis

Təbii ki, bütün bunlar əsas ideyası “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında” öz əksini tapmışdır.

Dövlət proqramında da qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin keyfiyyətli təmiri, avtomobillərə vaxtlı-vaxtında qulluq edilməsi və düzgün istismar olunması, ehtiyat hissələrinin keyfiyyəti və avtomobillərə xidmət göstərən personalın bilik səviyyəsinin yüksək olması son nöqtədə nəqliyyat vasitələrinin təhlükəsizliyinə və yollarda təhlükəsiz hərəkəti təmin edir.

Paylaş:
1205

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər