Lənkəranda narkotacir ana və oğul saxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda narkotacir ana və oğul saxlanılıb – FOTO

S.Xankişiyeva10:35 - 28 / 01 / 2022
Lənkəranda narkotacir ana və oğul saxlanılıb – FOTO

Lənkəranda narkotacir ana və oğul saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən 5 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Belə ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərov tutulublar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2 040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2 100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istiadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
336

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər