Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb

Qafar Ağayev11:56 - 28 / 01 / 2022
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb

Lənkəran sakinlərindən qanunsuz saxladıqları odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Əliyev, B.Əzizovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər