Bakı-Sumqayıt qatarlarında maska taxmayan 20-yə yaxın şərnişin cərimələnib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarlarında maska taxmayan 20-yə yaxın şərnişin cərimələnib - FOTO - VİDEO

S.Xankişiyeva16:15 - 29 / 01 / 2022
Bakı-Sumqayıt qatarlarında maska taxmayan 20-yə yaxın şərnişin cərimələnib - FOTO - VİDEO

Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Karantin qaydalarına əməl etməyən sərnişinlər Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər