Hafiz Məmmədov ev dustaqlığına buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hafiz Məmmədov ev dustaqlığına buraxıldı

16:55 - 31 / 01 / 2022
Hafiz Məmmədov ev dustaqlığına buraxıldı

Tanınmış iş adamı, "Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

1news.az APA-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, H. Məmmədovun barəsində bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 günlük həbs-qətimkan tədbir seçilib.

1news.az

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər