Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir - VİDEO

Qafar Ağayev12:08 - 31 / 01 / 2022
Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir - VİDEO

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

1news.az xəbər verir ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər