Din xadimlərinin təyinatı qaydası dəyişir | 1news.az | Xəbərlər
Cəmiyyət

Din xadimlərinin təyinatı qaydası dəyişir

16:03 - 01 / 02 / 2022
Din xadimlərinin təyinatı qaydası dəyişir

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

1news.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər