Quyudan meyiti tapılan 4 yaşlı uşağın ölümü ilə bağlı qonşusu saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Quyudan meyiti tapılan 4 yaşlı uşağın ölümü ilə bağlı qonşusu saxlanılıb

17:49 - 01 / 02 / 2022
Quyudan meyiti tapılan 4 yaşlı uşağın ölümü ilə bağlı qonşusu saxlanılıb

Ötən gün quyudan tapılan 4 yaşlı uşağın öldürüldüyü məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsi 126.3-ci ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma ) maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkmiş qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində tutulub.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər