FHN 93 yaşlı kişiyə köməklik göstərib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN 93 yaşlı kişiyə köməklik göstərib

S.Xankişiyeva09:21 - 01 / 02 / 2022
FHN 93 yaşlı kişiyə köməklik göstərib

Bakıda 93 yaşlı kişi köməksiz vəziyyətdə qalıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1929-cu il təvəllüdlü kişinin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər