Parlament Şuşa Bəyannaməsini təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlament Şuşa Bəyannaməsini təsdiqləyib

S.Xankişiyeva12:14 - 01 / 02 / 2022
Parlament Şuşa Bəyannaməsini təsdiqləyib

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər