Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qafar Ağayev15:05 - 02 / 02 / 2022
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 3-də avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a bildirilib ki, fevralın 3-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər