Qanunsuz saxlanılan daha 7 ov tüfəngi götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz saxlanılan daha 7 ov tüfəngi götürülüb

1news Redaksiyası12:04 - 02 / 02 / 2022
Qanunsuz saxlanılan daha 7 ov tüfəngi götürülüb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

1news.az

Paylaş:
529

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər