Sərhədçilər ötən il xarici kəşfiyyatla əlaqədə şübhəli bilinən 5 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər ötən il xarici kəşfiyyatla əlaqədə şübhəli bilinən 5 nəfəri saxlayıb

Qafar Ağayev13:37 - 03 / 02 / 2022
Sərhədçilər ötən il xarici kəşfiyyatla əlaqədə şübhəli bilinən 5 nəfəri saxlayıb

Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılmış, bu qəbildən olan daha 11 nəfər müəyyən edilmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılmışdır",- deyə məlumatda qeyd olunub.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər