“SAVALAN”ın tarixi əks etdirən “NOBEL” şərabı - FOTO
Azərbaycan şərabçılığını dünyada layiqincə təmsil edən “SAVALAN – ASPI Winery” MMC-nin təşkilatçılığı və Bakı Nobel İrsi Fondunun təşəbbüsü ilə 26 Yanvar tarixində Nobel qardaşlarının ev muzeyi “Villa Petrolea”da “SAVALAN Nobel Exclusive Collection 2016” şərabının rəsmi təqdimat mərasimi keçirilib.
Tədbirdə Yaponiya, Rusiya və Bolqarıstanın səfirləri, dövlət rəsmiləri, Nobel ailəsinin təmsilçiləri, şirkətin işçi və rəhbər heyəti və publik şəxslər iştirak ediblər. Tədbirə səbəb olan şərabın “NOBEL” adını daşıması şirkət üçün böyük şərəf olmaqla yanaşı yeni kateqoriyanın – şəxsi, patentli adlı şərablar mənasını verən “Proprietary Wines”in formalaşmasının təməlini qoydu. Bu da yaxın gələcəkdə “SAVALAN - ASPI Winery” MMC-yə öz brendini tanıtmaq üçün yeni üfüqlər açmaq imkanı yaratdı.
“NOBEL Exclusive Collection 2016” bənövşəyi-qırmızı, incə və sıx tanninlərlə zərif bir şərabdır. Qırmızı və qara giləmeyvə, eləcə də ədviyyatlı notalarla zəngin buketə malikdir. İpək-məxməri quruluşu ilə incə həll edilmiş turşuluğu içkini xüsusilə nəfis, zərif və özünəməxsus edir. Şərab Alikante Buşe, Kaberne Sovinyon və Kaberne Frank üzüm növlərinin kupajından hazırlanmışdır. “Ganimede” çənlərində xüsusi qayğı ilə fermentləşdirilmiş və struktur dolğunlugu üçün 1 ildən artıq böyük palıd çənlərdə saxlanılmışdır. Bütün bunlar isə şərabda zəngin rəng, ağır taninlərsiz məxməri dad, valehedici ətrin yaranmasına səbəb olmuşdur.
“SAVALAN Nobel Exclusive Collection 2016” şərabı nüfuzlu beynəlxalq şərab müsabiqələrində ölkəmizi təmsil edərək üç qızıl medal və bir mükafat qazanmışdır. Şərab ilk nailiyyətini Almaniyada “Mundus VINI 2020” müsabiqəsində “Grand International Wine Award” qızıl medalına layiq görülərək əldə etmişdir. Bundan əlavə ötən ilin sonu Asiyanın ilk və ən nüfuzlu müsabiqələrindən olan “Japan Wine Challenge 2021”də “Trophy for Best Ancient World Wine” (Ən Yaxşı Köhnə Dünya Şərabı), “Award for Best Azerbaijan Wine” (Ən Yaxşı Azərbaycan Şərabı) və “Gold Medal” (Qızıl Medal) kimi naliyyətlərə imza atmışdır.
Tədbir Nobel qardaşlarının dəbdəbəli ev muzeyi, tarixi “Villa Petrolea”nın ekskursiyası ilə başladı. Daha sonra Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova və eləcə də şirkətin PR meneceri Aygün Atayeva çıxış edərək Nobel ailəsinin Azərbaycanda neft və qaz sektorunda elmi-texniki tərəqqiyə verdiyi tövhələrdən danışmışlar. Sədr Sevinc Bağırova öz çıxışında “SAVALAN – ASPI Winery” MMC-nin Nobel qardaşlarının xatirəsini bu şəkildə ucaltmasını yüksək qiymətləndirmişdir. Çıxışlardan sonra “NOBEL Exclusive Collection 2016” şərabının təqdimat videosu isə iştirakçıların xüsusi marağına səbəb oldu. Qonaqlara şam yeməyində “SAVALAN” şərabları və onlarla mükəmməl şəkildə uyğunlaşan ləzzətli təamlar təqdim olundu. Azərbaycan və ənənəvi caz musiqisinin isə royalda canlı ifası tədbir boyu könülləri oxşadı.
Reklam hüququnda