AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib

S.Xankişiyeva17:17 - 04 / 02 / 2022
AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AMEA-nın Mətbuat Xidməti açıqlama yayıb:

“Bəzi informasiya saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin guya səhhətində problemlərin yaranması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

AMEA Rəyasət Heyətinin Mətbuat xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır.

Media nümayəndələrini peşəkar jurnalistika prinsiplərinə və etik normalara riayət etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - məlumatda deyilir.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər