Tərtərdə minalanmış ərazilərdən dəmir yığan 3 nəfər həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə minalanmış ərazilərdən dəmir yığan 3 nəfər həbs olunub

S.Xankişiyeva10:56 - 04 / 02 / 2022
Tərtərdə minalanmış ərazilərdən dəmir yığan 3 nəfər həbs olunub

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib.

Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün saxlanılaraq RPŞ-yə gətirilib. Barələrində toplanan materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Mövzu ilə əlaqədar oxuyun:

Cəbrayılda xeyli sayda mina aşkarlanıb - FOTO

ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər