COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva18:51 - 05 / 02 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 448 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025, buster doza üzrə vaksinasiya olunanların sayı isə 31 325 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 186 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 245 925, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 750 763, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 189 591 təşkil edir.

Paylaş:
1135

Son xəbərlər

Bütün xəbərlər