Qaradağ və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağ və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq

Qafar Ağayev16:58 - 07 / 02 / 2022
Qaradağ və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq

7 fevral tarixində axşam saatlarından başlayaraq 8 fevral tarixində gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bu Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədardır.

Paylaş:
476

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər