Xavyer Kolomina: “NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Xavyer Kolomina: “NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”

Qafar Ağayev17:15 - 07 / 02 / 2022
Xavyer Kolomina: “NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”

NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

1news.az xəbər verir ki, Xavyer Kolomina özünün "Twitter" hesabında qeyd edib ki, NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

“Doğrudan da yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, - NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib.

Paylaş:
503

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər