Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi - FOTO

Qafar Ağayev13:06 - 08 / 02 / 2022
Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi - FOTO

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Ə.Məmmədovu doğum günü münasibətilə təbrik edən A.Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib.

Ə.Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb.

Paylaş:
374

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər