Dədə Qorqud parkında qırılan borular bərpa olundu - FOTO
Ötən gün sosial şəbəkələrdə Bakıda, Dədə Qorqud parkında üst hissəsi qırılmış boruların təhlükə saçması ilə ağlı paylaşım olunmuşdu.
Paylaşım edən sosial şəbəkə istifadəçisi bununla bağlı qeyd edir: “Dəlik bir neçə metr dərinliyə malikdir. İçərisində su var. Görünür, bu, yeraltı su anbarıdır. Havalandırma başlığı, ehtimal ki, çoxdan götürülüb”.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidməti ilə əlaqə saxladıq.
Bakı Abadlıq Xidmətindən 1news.az-a bildirildi ki, qeyd olunan borular artıq bərpa olunub.
“Həmin borular 2 gün əvvəl qırılıb, biz də qırıldığını görüb dərhal reaksiya verdik. Ötən gün sifariş verdik, bu gün isə tam bərpa olundu”.
Borunun bərpadan əvvəl və sonrakı fotolarını təqdim edirik:
Əvvəl
Bərpa olunandan sonra
549