Sosial Tədqiqatlar Mərkəzi: üç ilin barometri - STM ictimai rəyin güzgüsündə - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial Tədqiqatlar Mərkəzi: üç ilin barometri - STM ictimai rəyin güzgüsündə - FOTO - VİDEO

Qafar Ağayev10:20 - 08 / 02 / 2022
Sosial Tədqiqatlar Mərkəzi: üç ilin barometri - STM ictimai rəyin güzgüsündə - FOTO - VİDEO

2019-cu ildən etibarən ölkə başçısının islahatlar strategiyasında müşahidə edilən yeni tendensiyalardan biri məhz dövlət idarəçiliyinə çağdaş perspektivdən baxış və bu istiqamətdə tamamlayıcı qərarların verilməsidir.

1news.az xəbər verir ki, belə qərarlardan biri, heç şübhəsiz, dövlət idarəçiliyində beyin mərkəzlərinin rolunun artırılması, bu istiqamətdə müxtəlif təyinatlı publik hüquqi şəxs statuslu tədqiqat mərkəzlərinin, xüsusilə ictimai rəy institutunun təsis edilməsidir.

Beləliklə, dövlət başçısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri təhlil edən, yeni reallıqların hesabatını aparacaq rəy dövlətini yaradacaq bir qurumun, gələcəkdə həm dövlət idarəetməsində, həm də dövlət-vətəndaş müasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsində körpü rolunu oynayacaq beyin mərkəzinin - Sosial Tədqiqatlar Mərkəzinin yaradılması bu zərurətdən doğmuşdu.

Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradıldı.

STM “Rəyiniz işimizdir!” devizi altında üç illik fəaliyyəti dövründə Nizamnamədən irəli gələn vəzifələrin icrası istiqamətində kifayət qədər ciddi işlər ortaya qoymağa çalışıb. Ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib. Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib.

Mərkəz faktiki fəaliyyətə başladığı 2019-cu ilin aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edib.

Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial-ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb.

Ötən üç illik müddətdə STM çoxvektorlu istiqamətlərdə data bazalar formalaşdıra bilib.

Mərkəz Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib. Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentinin başlatdığı tendensiya dalğasında özünün də yerini və rolunu müəyyənləşdirən Mərkəz açıq və qapalı arayışları, hesabatları və sorğu sənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edə bilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinad edib.

STM rəqəmlərdə

STM-in İdarə Heyətinin sədri və üzvləri Nizamnamədən irəli gələn səlahiyyətlərinin və vəzifələrinin (4.1, 4.5, 4.8, 4.9) icrası çərçivəsində Mərkəzin fəaliyyətini təşkil etmək, strateji məqsədlərinin və fəaliyyət planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək istiqamətində fəaliyyət həyata keçiriblər. Təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədlərinin ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim olunmasını təmin ediblər. Gündəmin aktual mövzuları, Mərkəzin əldə etdiyi nəticələrlə bağlı mütəmadi olaraq konfrans, brifinq, müsahibə və müxtəlif formatlarda mətbuatda çıxış və məruzələr edib, elmi analitik təhlil xarakterli məqalələrlə çıxış edib, mövqe bildiriblər.

Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edib. STM-in cari idarəetmə fəaliyyətinə aid olan işlərlə yanaşı, icraçı direktor tərəfindən Mərkəzin Nizamnamə fəaliyyətinə uyğun olaraq tədqiqat işlərinin aparılması, o cümlədən hesabatların, arayış, təhlil, təklif və tövsiyə sənədlərinin hazırlanması işləri də həyata keçirilib.

*****

STM-in üç il ərzində gördüyü işləri rəqəmlərdə belə qruplaşdırmaq olar: analitik hesabatların sayı - 44, arayış, təhlil, siyasət və mövqe sənədləri 358, sosioloji tədqiqat-sorğu layihələri - 56, elmi məqalələr -146, kitablar - 6, respondentlərin ümumi sayı - 60.791, analitik şərhlər, ekspert dəyərləndirmələri və elmi publisistik yazılar – 500-dən artıq, elmi konfrans, seminar və təlimlərdə iştirak - 112, Tərəfdaşlar/əməkdaşlıq memorandumu - 11, dövlət və özəl təşkilatlardan (beynəlxalq və yerli) sifariş əsaslı işlər - 9, mediada çıxışlar/müsahibələr - 4000-dən artıq, tədbirlər / görüşlər - 23, STM-in çap edilmiş nəşrləri - 27, stm.az saytında yerləşdirilmiş materiallar - 750-dən artıq, STM TV-də yerləşdirilmiş videolar – 341, Feysbuk paylaşımı 800-dən artıq, İnstaqram paylaşımı - 815, Tvitter paylaşımı - 1000-dən artıq.

*****

STM-in əməkdaşları istər COVID-19 pandemiyası, istər II Qarabağ müharibəsi kimi strateji, istərsə də “Qaraheybət” qəzası kimi böhran situasiyalarda müvafiq ilkin qiymətləndirmə (desk review) və siyasət təklifləri ilə operativ mövqe sərgiləyiblər.

Nizamnaməsinə əsasən STM-ə xüsusi bülletenlər və digər nəşrlər çap etmək hüququ verilib. Bunu nəzərə alaraq Mərkəz elmi-akademik dairələrlə əməkdaşlıq əlaqələri qurmaq və fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə 3 elmi jurnal təsis edib: “İnam indeksi”, “Sosial tədqiqatlar” və “Azərbaycan barometri”.

Bu vaxta qədər “Prezidentin fəaliyyəti ictimai rəydə: İnam indeksi” jurnalının 6 sayı çap edilib.

Jurnalın ilk xüsusi buraxılışı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabr ayındakı fəaliyyətinə həsr olunub və “Prezidentin fəaliyyəti ictimai rəydə” adı ilə çap edilib.

“Azərbaycan barometri” jurnalında əsasən STM əməkdaşlarının və kənar ekspertlərin birgə hazırladıqları hesabatların və ictimai rəy sorğularının nəticələrinin dərcinə üstünlük verilir. 2019-2021-ci illəri əhatə dövrdə jurnalın 20 sayı çap edilib və aidiyyəti qurumlara paylanılıb.

“Sosial tədqiqatlar” jurnalında sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir. Jurnalda Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edilir.

STM-in beynəlxalq və yerli tərəfdaşları sırasında Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin, Ankara Universiteti Asiya-Sakit Okean Tədqiqatlar Mərkəzinin, Hacettəpə Universitetinin, Hacı Bayram Vəli Universitetinin, Çanaqqala Savaşları İnsitutunun, Çanaqqala On səkkiz Mart Universitetinin, Sonar Sorğu və Araşdırma Mərkəzinin, Rusiyanın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin, İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin, “Roskonqres” Fondunun, Çinin nüfuzlu Sosial Elmlər Akademiyasının, Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının, həmçinin “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin adını qeyd etmək olar.

Mərkəzin İdarə Heyətinin üzvləri və müvafiq departamentlərinin əməkdaşları mütəmadi olaraq ölkənin media qurumları tərəfindən ekspert kimi dəvət olunur, həm televiziya və radio efirində, həm də elektron və yazılı media orqanlarında fəal şəkildə çıxış edir, müsahibələr verirlər. Həm STM-in keçirdiyi rəy sorğuları və onların nəticələri, həm də ölkənin sosial, iqtisadi, siyasi həyatından bəhs edilən verilişlərdə Mərkəzin əməkdaşları ekspert kimi çıxış edirlər. Üç illik fəaliyyəti dövründə STM əməkdaşları mediada ümumilikdə 4000-dən çox müsahibə verib, çıxışlar ediblər.

Mərkəzin 3 illik (2019-2021) fəaliyyəti ilə bağlı əsas göstəricilər, bu dövrdə əldə edilmiş nəticələr, 2022-ci və növbəti illər üçün əsas strateji istiqamətlər və hədəflər daha ətraflı “Sosial Tədqiqatlar Mərkəzi 3 ildə” hesabatında öz əksini tapıb.

STM-in hədəfi Azərbaycanın, həmçinin dünyanın aparıcı sosial tədqiqat mərkəzlərindən birinə çevrilməkdir. Mərkəzin kollektivi üç illik fəaliyyəti dövründə bu uğurları öz binasından kənarda qazanıb. STM tezliklə fəaliyyətini öz binasında davam etdirəcək.

Paylaş:
637

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər