Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı - FOTO

S.Xankişiyeva11:00 - 26 / 01 / 2022
Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı - FOTO

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Azercell Hackathon 2022" yarışması 25 yanvar tarixində başa çatıb.

“Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell Telekom müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.

22-23 yanvar tarixlərində keçirilən “Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. “Hackathon”boyunca iştirakçılara Azercell-in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub.

Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.

Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.

Nəticələrə əsasən “Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə “Enigma”, 2-ci yerə “Fayda”, 3-cü yeriə isə “Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib.

“Azercell Telekom “MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyondan çox abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Azercell-in məqsədi : “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”.

Reklam hüququnda

Paylaş:
261

Son xəbərlər

Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22
Bütün xəbərlər