Narkoşəbəkə üzvlərindən 76 kiloqram narkotik götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkoşəbəkə üzvlərindən 76 kiloqram narkotik götürülüb - FOTO

Qafar Ağayev17:25 - 09 / 02 / 2022
Narkoşəbəkə üzvlərindən 76 kiloqram narkotik götürülüb - FOTO

Ölkə miqyasında narkotik vasitələrin satışını təşkil edən mütəşəkkil dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nərinmanov rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və 1 ədəd narkotik vasitələrin satışı zamanı qeydlər apardığı dəftər aşkar olunub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əlavə təxirəsalınmaz əməliyyat tədbirləri zamanı narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov Bakı şəhəri ərazisində saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ədəd ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı saxlanılan 4 nəfərin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas fiqurlar olublar. Beynəlxalq narkoşəbəkənin ölkə ərazisində dayaqları olan Nazim Zeynalov, Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov paytaxt, eləcə də bölgələrdə narkotik vasitələrin satışını təşkil edən narkokuryerlərdən ibarət mütəşəkkil dəstə yaradıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Paylaş:
436

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər