Sabahdan hava dəyişəcək, temperatur 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan hava dəyişəcək, temperatur 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

S.Xankişiyeva17:51 - 09 / 02 / 2022
Sabahdan hava dəyişəcək, temperatur 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

1news.az-a Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 10-u axşam, 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Fevralın 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər