Ötən gün 50 nəfər toya buraxılmadı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 50 nəfər toya buraxılmadı - STATİSTİKA

Qafar Ağayev09:14 - 09 / 02 / 2022
Ötən gün 50 nəfər toya buraxılmadı - STATİSTİKA

Fevralın 8-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 97 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 50 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
496

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər