Azərbaycanda ödənişli avtomobil yolunun tikintisi davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ödənişli avtomobil yolunun tikintisi davam etdirilir - FOTO

Qafar Ağayev12:21 - 09 / 02 / 2022
Azərbaycanda ödənişli avtomobil yolunun tikintisi davam etdirilir - FOTO

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi icra olunub.

Hazırda işlər digər hissələr üzrə sürətlə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında davam etdirilir. Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.

23.6 km-lik 2-ci hissə üzrə yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılaraq yol yatağı inşa edilib. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yeni magistral yolun sözügedən hissəsində nəzərdə tutulan 8 körpü və yol öütürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 39 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. Sözügedən hissədə tərəqqi 58 faiz təşkil edir.

20 km-lik 3-cü hissə üzrə hazırda qazma-dolğu, torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur. Nəzərdə tutulan 4 körpü və yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü borunun inşası davam etdirilir. Hissə üzrə fiziki tərəqqi 50 faiz təşkil edir.

18.6 km-lik 4-cü hissə üzrə hazırda yol yatağının inşası, 45 suötürücü borunun quraşdırılması, həmçinin nəzərdə tutulan 7 körpü və 4 yolaltı keçidin tikintisi işləri icra olunur. Sözügedən hissə üzrə tərəqqi 48 faiz təşkil edir.

Tikinti işləri yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə sonuncu mərhələdə davam etdirilir. Sözügedən hissədə yol yatağı və yol əsasının tikintisi, 32 körpü və yol ötürücüsü, 22 yolaltı keçid və 320 suötürücü borunun inşası artıq yekunlaşıb. Hazırda sözügedən hissədə son tamamlanma işləri icra olunur. Fiziki tərəqqi 98 faiz təşkil edir.

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi işləri də aparılır.

Ümumilikdə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq.

Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Paylaş:
507

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər