Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyət yarandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyət yarandı

S.Xankişiyeva16:03 - 10 / 02 / 2022
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyət yarandı

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib.

13 yaşlı Ayxan Quliyev bildirib ki, Nərmin həmin gün onlarda cəmi 2-3 dəqiqə dayanıb, hətta gödəkçəni qoymaq üçün onun torba gətirməsini belə gözləmədən çıxıb gedib.

“Nərmin cins şalvar, papaq, qırmızı kurtka, ağ idman ayaqqabısı geyinmişdi. Həmin gün valideynlərim, qardaşım, nənəm, əmim oğlu Qorxmaz da evdə idilər. Onların geyimləri yadımda deyil. Mən içəri otaqdan torba götürüb çıxanda gördüm ki, Nərmin gedib. Daha onun arxasınca küçəyə çıxmadım. Ona görə də hansı tərəfə getdiyini bilmirəm. Evimizdə nənəmin otağının pəncərəsi küçəyə baxır. Nərmin həmin tərəfə getməyib", - deyə azyaşlı şahid bildirib.

Vəkillərin suallarını cavablandıran uşaq bildirib ki, Nərmini kənddə məktəblilər küçədə görüblər: “Sevinc və Şəmsiyyə bizim yanımızda yaşayan Səminaz müəllimənin yanına hazırlığa gedirlər. Onda yolda görüblər Nərmini”.

Vəkillər Ayxanın istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər olduğunu bildiriblər. Növbəti məhkəmə iclasında onun istintaqdakı ifadələri araşdırılacaq.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Mövzu ilə əlaqədar oxuyun:

Tovuzda 10 yaşlı qızın yandırılıb öldürülməsi ilə bağlı cinayət işi başlandı – FOTO – YENİLƏNİB

10 yaşlı Nərmin Quliyevanın qətlilə bağlı ayrıca cinayət işi ayrılaraq icraata verilib

Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayılıb – AUDİO

Qətlə yetirilən Nərminin nənəsi: O şəxsi tutsalar, hər şey bilinər

Paylaş:
343

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər