Ancelina Coli tədbirdə göz yaşlarına hakim ola bilmədi – FOTO - VİDEO
Hollivudun super ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Angelina Coli Qadına qarşı şiddət qanununa dəstək üçün ABŞ Konqresinin binasını ziyarət edib.
1news.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, konqresi qanun məsələsində gec qalmaqla tənqid edən Coli, nitqi zamanı duyğusal anlar yaşayıb.
Bir qrup senatorla birlikdə kameraların qarşısına keçən Coli, “Qadına qarşı şiddət qanununun on il ərzində yeniləyəməyəcək qədər məşğul bir Konqresdən səssizlik yüksəldiyində, bu vəziyyət dəyərsizlik duyğusunu gücləndirir” – dedi.
Göz yaşlarınına hakim ola bilməyən Ancelina Coli qanunun bir çox insan üçün gecikdiyini dilə gətirərək, sistemdən səbəbilə əziyyət çəkən qadınların yaşadıqları zorakılıqların ağrısını və travmasını hələ də üzərində daşıdığını vurğuladı.