Donmuş Qaranohur gölünün əsrarəngiz görünüşü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Donmuş Qaranohur gölünün əsrarəngiz görünüşü - VİDEO

16:53 - 10 / 02 / 2022
Donmuş Qaranohur gölünün əsrarəngiz görünüşü - VİDEO

İsmayıllının dağlıq hissəsində yerləşən Qaranohur gölü donub.

Talıstan kəndinin yaxınlığında, 1520 metr yüksəklikdə yerləşən bu gölə gedən yol xeyli çətindir. Nəqliyyat vasitəsi ilə kəndə qədər getmək olur. Sonrakı 7 kilomterlik dağlıq-meşəlik hissəni isə turistlər piyada getmək məcburiyyətindədirlər. Buz bağlamış cığırlardan və sərt qayalıqlardan keçmək isə olduqca çətin və həyəcanvericidir.

Yolboyu insanın qarşısına çıxan çeşmə və kiçik su mənbələri isə gəzintiyə ayrıca zövq qatır.

Bələdçilərin sözlərinə görə, hər il yanvar və fevral aylarında Qaranohur gölü bu cür buz bağlayır. Marşrutun çətinliyinə görə isə turistlər əsasən yaz-yay aylarında buraya üz tuturlar. Göl meşə ilə əhatələndiyindən yayda da əsrarəngiz görünüşə malik olur.

Donmuş gölün üzərində gəzmək üçün paytaxtdan və digər bölgələrdən də gələnlər olur.

Gölün ətrafında ocaq qalamaq üçün də yer ayrılıb. Burada bitkilərlə qaynadılan çayın dadı isə bir başqadır.

Axşam saatlarında geri qayıtmaq xeyli təhlükəli olur. Çünki cığırlar daha çox buz tutur və enişdə hərəkət çətinləşir.

1news.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər