Bakıda 7 avtomobildən oğurluq edilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 avtomobildən oğurluq edilib – FOTO – VİDEO

S.Xankişiyeva11:42 - 10 / 02 / 2022
Bakıda 7 avtomobildən oğurluq edilib – FOTO – VİDEO

Bakıda 7 avtomobildən oğurluq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub.

Ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitafon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.

Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
461

Son xəbərlər

Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43
Bütün xəbərlər