Kür çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kür çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılıb - FOTO

Qafar Ağayev14:09 - 11 / 02 / 2022
Kür çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılıb - FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə, avtomobil yollarında kompleks tədbirlər icra olunmaqdadır.

Agentlikdən 1news.az-a verilən məlumata görə, bu çərçivədə Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işlərinə başlanılıb.

Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.

Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Hava şəraitinin əlverişli olacağı təqdirdə yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü yenidən sürücülərin ixtiyarına veriləcək.

Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.

Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan alternativ olaraq istifadə edə bilərlər.

Paylaş:
377

Son xəbərlər

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42
Bütün xəbərlər